Masaüstü Proqramların Hazırlanması

Masaüstü Proqramların Hazırlanması


Müəssisənizin gündəlik iş proseslərini daha sürətli, dəqiq və
idarəolunan hala gətirmək üçün fərdi masaüstü proqram təminatları
hazırlayırıq.

Bir çox biznesdə gündəlik əməliyyatlar hələ də Excel faylları,
kağız sənədlər və bir-birindən ayrı sistemlər üzərindən idarə olunur.
Xüsusi hazırlanmış masaüstü proqram vasitəsilə bu prosesləri vahid
sistemdə birləşdirmək və avtomatlaşdırmaq mümkündür.

Anbar və məhsul idarəetməsi, satış proqramları, operator sistemləri,
sifariş idarəetməsi, hesabat sistemləri, daxili şirkət proqramları,
kassaya bağlı həllər və xüsusi biznes prosesləri üçün masaüstü
tətbiqlər hazırlaya bilərik.

Sistem lokal verilənlər bazası ilə tam offline işləyə və ya internet
üzərindən mərkəzi serverə qoşula bilər. Layihənin ehtiyacına uyğun
olaraq həm offline, həm də online işləyən hibrid arxitektura qurmaq
mümkündür.

İstifadəçilər üçün fərqli rollar və icazələr, avtomatik hesabatlar,
Excel və PDF export, məhsul və müştəri məlumatlarının idarə edilməsi,
axtarış və filtr sistemi, loglama və digər xüsusi funksiyalar əlavə
edilə bilər.

Mövcud ERP, CRM, API və ya digər sistemlərlə məlumat mübadiləsi
tələb olunarsa, masaüstü proqram həmin sistemlərə inteqrasiya edilə
bilər.

Hazırlanan proqram şirkətin hazırkı iş prosesinə uyğun qurulduğuna
görə əməkdaşların proqram təminatına uyğunlaşması deyil, proqramın
şirkətin iş modelinə uyğunlaşdırılması əsas götürülür.

Məqsədimiz təkrarlanan işləri azaltmaq, məlumatların vahid sistemdə
saxlanılmasını təmin etmək və biznesin gündəlik əməliyyatlarını
daha effektiv idarə etməyə imkan verən proqram həlli yaratmaqdır.

Best for

Anbar və satış sisteminə ehtiyacı olan şirkətlər; istehsal və logistika müəssisələri; şirkətdaxili idarəetmə sistemi qurmaq istəyən bizneslər; internet olmadan işləməli olan proqramlar; operator və call center sistemləri; Excel üzərində idarə olunan prosesləri avtomatlaşdırmaq istəyən şirkətlər; xüsusi ERP və CRM həllərinə ehtiyacı olan müəssisələr; lokal verilənlər bazası ilə işləyən sistemlər.

What's Included

Capabilities covered by this service.

01 Windows
02 .NET
03 Offline sistem
04 Database
05 ERP
06 CRM
07 Automation
08 Reports

Gəlin Növbəti Addımı Ataq.

Layihəniz haqqında bizə yazın, 1 iş günü ərzində sizə cavab verək.

Layihənizə Başlayın